İrana casusluqda ittiham edilən şəxslər saxlanıldı - FOTO

13 Aprel 2024 11:17

İranın molla rejimini təbliğ edən şəxslərin ifşası istiqamətində tədbirlər davam etdirilir.

Milli.Az xəbər verir ki, bu haqda "Mouze" teleqram kanalı məlumat yayıb.

Azərbaycanın hüquq-mühafizə orqanlarının bu istiqamətdə keçirdiyi əməliyyatlarla rəsmi olmayan məlumatlara görə 10-a yaxın şəxs saxlanılıb.

Saxlanılanlardan ikisinin Mingəçevir sakini Elvin Nəzərov və Goranboy sakini Amil Dəmirov olduğu bildirilir.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun