Ukrayna üçün "Marşall Planı" tətbiq ediləcək? - Zelenski açıqladı

13 Aprel 2024 09:41

Ukrayna Prezidenti Vladimir Zelenski müharibədən sonra bərpa məqsədilə bir növ "Marşall Planı"nın hazırlanıb-hazırlanmayacağı ilə bağlı suallara cavab verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, dövlət başçısı tələbələrlə görüşdə bu məsələyə aydınlıq gətirib.

"Bəli, təfərrüatlar var. Elədir ki, var. Ukraynaya gəldikdə, böyük bərpa planı var. Əlbəttə, bizdə müasir müharibədir. Ona görə də, bizdə "Marşall planı" yox, öz planımız olacaq. Lakin əsas prinsiplər əlbəttə ki, çox yaxındır. İstənilən halda, bu, bərpadır. Energetikanın, texnologiyanın, iqtisadiyyatın bərpası...", - deyə dövlət rəhbəri bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun