Dünyanın ən yaşlı siam əkizləri vəfat ediblər

13 Aprel 2024 08:40

Dünyanın ən yaşlı siam əkizləri Lauri və Corc 62 yaşında vəfat ediblər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Amerikanın "Leibensperger" cənazə evi məlumat yayıb.

Corcun uğurlu müğənni olduğu qeyd edilib, Lauri isə 1990-cı illərdə xəstəxana camaşırxanasında işləyib. Eyni zamanda, Corcun onurğasında problem olduğundan yeriyə bilməyib və xüsusi oturacaqda oturub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun