Çingiz Abdullayev reanimasiyaya yerləşdirildi

12 Aprel 2024 23:44

Xalq yazıçısı Çingiz Abdullayevin vəziyyəti ağırdır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, yazıçı Mərkəzi Gömrük Xəstəxanasında reanimasiyaya yerləşdirilib.

Çingiz Abdullayev 3 gün öncə zəhərləndiyinə görə xəstəxanaya aparılıb, sonra evə buraxılıb. Bu gün onun halı yenidən pisləşib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun