Rusiya hökumətindən sakinlərə: Təcili evlərinizi tərk edin!

12 Aprel 2024 23:31

Rusiya Prezidentin Ural Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Vladimir Yakuşev fövqəladə vəziyyətlə əlaqədar olaraq Kurqan və Tümen vilayətinin sakinlərinə çağırış edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, o, sakinlərdən subasmanı gözləməməyi, dərhal yaşayış yerlərini tərk etməyi tövsiyə edib.

"İlk növbədə Kurqan və Tümen vilayətlərinin sakinlərinə müraciət etmək istəyirəm: Biz yerli orqanlardan gələn siqnallara, bildirişlərə cavab verməliyik. Əsas odur ki, evinizdə olmayasınız və damın altında su basmasını gözləməyin, onu vaxtında tərk etməlisiniz", - deyə o bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun