15:19
Xəbərə video əlavə olunub.
09:51
Türkiyənin Antalya vilayətində funikulyor yüksəklikdən aşıb, bir nəfər ölüb, yeddi nəfər yaralanıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Antalyanın qərbindəki Konyaaltı çimərliyindən dağa qalxan liftdə baş verib. Antalya Böyükşəhər Bələdiyyəsinə məxsus kanat yolunun dirəklərindən biri qoparaq kabinəyə dəyib. Kabinənin döşəməsi qırılan zaman içəridə olan səkkiz nəfər bir neçə metr hündürlükdən yerə yıxılıb.
"Naməlum səbəbdən bir kabinə hərəkət edərkən qırılıb düşüb", - deyə məlumatda bildirilib.
Hadisə yerinə çoxlu yanğınsöndürən və təcili yardım briqadaları gəliblər.
Şahidlərdən biri bildirib ki, lift xarab olmazdan əvvəl o, partlayışa oxşayan səs eşidib, bundan sonra kabinə çox güclü silkələnib.
00:12
-----------
Türkiyənin Antalya vilayətinin Konyaaltı rayonunda yerləşən istirahət mərkəzlərindən birində kanat yolunda qəza baş verib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, hərəkətdə olan zaman kanat yolunun kabinələrindən biri qırılaraq yerə düşüb.
Hadisə zamanı 1 nəfər ölüb. Eyni zamanda qəza nəticəsində xəsarət alanların da olduğu bildirilib.
Kabinənin hansı səbəbdən qırılması hələlik məlum deyil.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun