ABŞ HƏMAS komandirlərinə qarşı sanksiyalar tətbiq edib

12 Aprel 2024 21:41

ABŞ administrasiyası pilotsuz uçuş aparatlarından istifadə edilən əməliyyatlara, həmçinin kiberməkanda hücumlara görə məsuliyyət daşıyan Fələstinin HƏMAS hərəkatının dörd komandirinə qarşı sanksiyalar tətbiq edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller yazılı açıqlamasında bildirib.

"Birləşmiş Ştatlar HƏMAS-ın qeyri-sabitliyi pozan terrorçuluq cəhdlərinin qarşısını almağa davam edəcək. HƏMAS terrorçularının ələ keçirdikləri hər yerdə, o cümlədən kiberməkanda hücumlar təşkil edir", - diplomat vurğulayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun