Abşeronda 23 gün əvvəl avtomobilin vurduğu şəxs bu gün vəfat edib

12 Aprel 2024 19:16

Abşeronda 23 gün əvvəl avtomobilin vurduğu şəxs bu gün vəfat edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə martın 20-də Ceyranbatan qəsəbəsində qeydə alınıb. "Opel" markalı avtomobil yolu keçən piyada, 1975-ci il təvəllüdlü Şirvan Hüseyn oğlu Qasımovu vurub. Xəsarət alan piyada Bakıda xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun