“iPhone” istifadəçilərinə XƏBƏRDARLIQ

12 Aprel 2024 19:20

"Apple" şirkəti, "iPhone" istifadəçilərinə mümkün haker təhlükəsi barədə xəbərdarlıq edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 92 ölkədən olan istifadəçilər müvafiq xəbərdarlıq alıblar.

Şirkət bəzi təcavüzkarların "iPhone-u uzaqdan pozmağa" çalışdığı qənaətinə gəlib.

Qeyd olunur ki, hadisə ilə bağlı mesajlar zərərli proqramların hücumuna məruz qala biləcək həmin cihazların sahibləri tərəfindən alınıb.

"Apple" bundan əvvəl də öz smartfonlarının istifadəçilərinə oxşar problemlər barədə xəbərdarlıq edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun