Moskvada partladılan avtomobil FTX agentinin imiş

12 Aprel 2024 15:06

Moskvada partladılan avtomobilin Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) keçmiş zabiti olmuş Vasili Prozorova məxsus olduğu məlum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin agenti olmuş keçmiş SBU zabitinin avtomobili partladılıb.

Teleqram kanallarının yazdığına görə, keçmiş SBU zabiti Vasili Prozorov bir neçə il əvvəl Rusiyaya köçüb. Özünün dediyinə görə, 2014-cü ildən Rusiya kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edib.

Rusiya Federasiyasının İstintaq Komitəsi adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun