Uşağın beynindən saç çıxarıldı - FOTO

12 Aprel 2024 12:43

Qırğızıstanda xəstəxanalardan birində qəribə hadisə baş verib.

Milli.Az news24.az-a istinadən xəbər verir ki, paytaxt Bişkekdəki xəstəxanaya müraciət edən 8 yaşlı qızın beynində kütlə aşkarlanıb.

Müayinələrdən sonra əməliyyata aparılan qızın beynindən bir tutam saçın çıxarıldığı bildirilib.

Qırğızıstan Səhiyyə Nazirliyindən verilən açıqlamada əməliyyatın uğurlu keçdiyi və qızın beynindəki saçların 8 il ərzində içəriyə doğru uzandığı bildirilib.

Açıqlamada bu xəstəliyin uşaqlıq yolundakı inkişaf pozuntusundan qaynaqlana biləcəyi bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun