Türkiyə Ukraynada sülh üçün lahiyə təqdim edib?

12 Aprel 2024 08:09

Türkiyə Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün heç bir layihəni Moskva və Kiyevə çatdırmayıb və tətbiq etməyib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyasındakı mənbə məlumat verib.

Qeyd edək ki, Türkiyə liderinin 2022-ci ilin martında İstanbulda Rusiya ilə Ukrayna arasında əldə edilmiş razılaşmalara əsaslanan üçtərəfli sülh sazişi layihəsini irəli sürdüyünə dair şayiələr yayılmışdı. Tərəflərdən heç biri bu xəbərləri rəsmi olaraq təsdiqləməyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun