Müharibə başlasa, Azərbaycan üçün risklər var? - Ekspertdən açıqlama

12 Aprel 2024 00:42

"Son günlər müharibə mövzusu geniş müzakirə olunur. Peşəkar hərbçi kimi müharibə olacağını düşünmürəm".

Bunu Baku TV-yə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib.

O qeyd edib ki, Ermənistanın bu gün Azərbaycana qarşı müharibə etmək imkanları yoxdur:
"2020-ci ildən bu günə kimi Ermənistan Ordusu 44 günlük savaşda aldığı ağır zərbələrdən sonra hələ də özünə gəlmək imkanı əldə edə bilməyib. Ayrı-ayrı ölkələrdən aldıqları silah-sursat da onları hansısa vəziyyətdən çıxarmaq iqtidarında deyil. Ermənistan hazırda elə bir durumdadır ki, onların edə biləcəyi təxribat çox qısa müddətdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən ən sərt şəkildə cavablandırılacaq".

Milli.Az