Putin: “Ukrayna anladı ki, Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil”

11 Aprel 2024 23:46

Ukrayna artıq başa düşüb ki, Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya lideri Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı deyib.

"İndi başa düşürlər ki, bu mümkün deyil. Danışıqlardan imtina etdilər. İndi isə olduqca çətin vəziyyətə düşüblər", - Putin vurğulayıb.

Milli.Az