Estetikli halını BƏYƏNMƏDİLƏR - FOTO

11 Aprel 2024 18:42

Türkiyəli müğənni Cenk Erenin estetiki müzakirələrə səbəb olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı üz gərmə əməliyyatından sonrakı halını sosial media hesabında izləyiciləri ilə bölüşüb. O, şəklə "Haradayam deyə soruşurdunuz" qısa şərhini yazıb.

Cenkin ünvanına "Üz ifadəniz dəyişib, bəyənmədim", "Mustafa Sandal və Rafet el Romanla yallı gedərsiniz", "Niyə bunu edirsiniz?", "Yeni üzünüz xeyirli olsun, adınızı da dəyişin", "Bunu yalnız şou-biznesdən olanlar bəyənir, çoxu da ayıb olmasın deyə" kimi şərhlər yazılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun