Arda Turanın çalışdırdığı "Eyüpspor" klubunun rəsmiləri xorvatiyalı ulduz futbolçu ilə maraqlanırlar.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, gələn mövsüm Türkiyə Super Liqasında çıxış edəcək "Eyüpspor" klubunun rəsmiləri "Real Madrid" klubunun yarımmüdafiəçisi Luka Modriçi transfer etmək istəyirlər. Arda Turan Modriçə zəng edərək məsələ ilə bağlı danışdığını bildirib.
Qeyd edək ki, "Eyüpspor" klubu Türkiyə Birinci Liqasında çempionatın başa çatmasına beş tur qalmış çempionluğunu elan edib və növbəti mövsüm üçün Türkiyə Super Liqasında çıxış etmə haqqına yiyələnib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun