Ukraynada müharibədə ölən uşaqların sayı açıqlandı

11 Aprel 2024 14:44

Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə 542 ukraynalı uşaq həlak olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun "Telegram" hesabında məlumat verilib.

"2022-ci ilin fevralın 24-dən başlayan Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində indiyə qədər Ukraynada 542 uşaq həlak olub, 1289 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - məlumatda deyilir.

Baş Prokurorluq bildirib ki, bu rəqəm yekun deyil, döyüşlərin davam etdiyi ərazilərdə, müvəqqəti işğal altında olan ərazilərdə və yeni azad olunan ərazilərdə araşdırmalar davam edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun