Bakıda maşın qaçırıldı

11 Aprel 2024 12:16

Bakıda maşın qaçırılıb.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 9-da Ramana qəsəbəsi ərazisindən "Toyota" markalı avtomobilin qaçırılması barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Rəşad Rəfiyev avtomobillə birgə Masazır qəsəbəsi ərazisində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun