Ayın ən yaxşı əlcəzairli futbolçusunun adı bəlli olub.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "Qaraabğ"ın futbolçusu Yassin Benzia mart ayı üçün "Fennec du mois" mükafatı üçün keçirilən səsvermədə ikinci yeri tutub.
Ən yaxşı adına isə Rayan Ayt Nuri sahib çıxıb. İngiltərədə "Vulverhempton"un və Əlcəzair millisinin üzvü səslərin 64 faizini toplayıb.
Benziaya azarkeşlərin 32 faizi səs verib. Üçüncü olan Anis Hac Musa cəmi 4 faiz səslə kifayətlənib.
Qeyd edək ki, Yassin ötən ay Əlcəzair millisində üç qol vurub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun