Prezidentin qızının gündəliyini oğurlayan qadın bir aylıq həbs edildi

10 Aprel 2024 14:20

ABŞ məhkəməsi Florida sakini Eymi Harrisi ölkə Prezidenti Co Baydenin qızı Eşlinin şəxsi gündəliyini oğurladığına görə bir aylıq həbs cəzasına məhkum edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "ABC News" məlumat yayıb.

"Floridalı qadın Eşli Baydenin gündəliyini oğurladığı üçün bir ay həbs cəzasına məhkum edilib... Cəza prokurorların tələb etdiyindən daha ağır olub", - qeyd edilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun