Rişarlison “Qarabağ”lı Juninyodan geridə

10 Aprel 2024 13:33

Avropada davam edən liqalarda ən çox qol vuran braziliyalı futbolçuların siyahısı açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, cədvələ "Qarabağ"ın hücumçusu Juninyo başçılıq edib.

"Sambaçı" 17 qolla həmyerlilərindən öndədir. Onu 16 qolla "Neftçi"nin sabiq futbolçusu, Serbiya "Partizan"ının şərəfini qoruyan Mateus Saldanya izləyir. Belçika "Brügge"sinin 22 yaşlı forvardı İqor Tiaqo da ikinci pilləyə şərikdir.

Siyahıda "Real"ın, "Tottenhem"in futbolçuları da yer alır.

10-dan çox qol vuran braziliyalıların "10-luğ"u
1. Olavio Juninyo ("Qarabağ") - 17 qol
2. Mateus Saldanya ("Partizan") - 16 qol
3. İqor Tiaqo ("Brügge") - 16 qol
4. Jairo ("Papos") - 13 qol
5. Vinisius Junior ("Real") - 12 qol
6. Evanilson ("Portu") - 11 qol
7. Rişarlison ("Tottenhem") - 10 qol
8. Rvan Seko ("Ludaqorets") - 10 qol
9. Rodriqo ("Real") - 10 qol
10. Vilyam Joze ("Betis") - 10 qol

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun