Şuşada bayram namazı qılındı - VİDEO

10 Aprel 2024 13:22

Ramazan ayının bitməsi münasibətilə Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa məscidində bayram namazı qılınıb.

Milli.Az xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi məlumat yayıb.

Qeyd edək ki, ermənilər tərəfindən dağıntılara məruz qalan məscid Şuşanın işğaldan azad olunmasından sonra bərpa olunub və burada bayram namazları qılınır.

"İctimai" TV-nin Şuşada bayram namazından lentə aldığı görüntüləri təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun