"De gəlsin, hər nəyin vardır, deyilən söz yadigardır..." Səməd Vurğunun bu kəlmələrinin məntiqi yükü ilə məzmun çəkisi yüngül deyil.
Bəlkə də bu ağırlıqdır ki, söz deyənlərin bəzilərinin məntiq qəddini əyir, danışanların dediklərini söz yığınına çevirir.
Ermənilərin terror təşkilatlarının və qruplaşmalarının əvvəl Türkiyəyə, sonra da Azərbaycana qarşı fəaliyyəti məlum gerçəkdir. 1988-ci ildə Azərbaycanda erməni separatçılığı aktiv mərhələyə keçəndə, dinc azərbaycanlılar hədəfə alınaraq əsir alınanda, girov götürüləndə, qətlə yetiriləndə erməni terrorizmi ölkəmiz üçün artın yaxın və real təhlükəyə çevrildi.
Sonradan Birinci Qarabağ Müharibəsində ölkəmizə və vətəndaşlarımıza qarşı qanlı cinayətlərin törədilməsində, ərazilərimizin 20 faizinin işğal edilməsində erməni terrorçularının xüsusi aktivliyi olub.
Daha sonra, İkinci Qarabağ Müharibəsində də erməni terror qruplaşmaları ordumuza qarşı döyüşüblər və bu barədə yetərincə faktlar var.
CBC TV telekanalının populyar proqramlarından olan "Poliqon"un da ötən burxılışı məşh erməni terrorizminə həsr olunmuşdu.
Verilişin qonağı Milli Məclisin deputatı Arzu Nağıyev idi.
Aparıcının konkret, səlis suallarına da elə o formada cavab verilməli, erməni terrorizminin mahiyyəti, dəstək aldığı qüvvələr və mənbələr, Azərbaycana qarşı törətdiyi teraktlar və cinayətlər, vətəndaşlarmıza qarşı törədilən məşum əməliyyatlar, xüsusilə də qarabağlı ermənilərin separatçılığı və Xankəndindəki artıq sabiq terrorçu-separatçı xunta ilə birgə fəaliyyət kimi məqamlar açıqlanmalı idi.
Fəqət, cavablar yayğın, mücərrəd, ümumi ifadələr və az qala ölkədə hamının bildiyi məsələlər barədə ekspromt mühazirə formasında oldu.
Yəni söz yığını - səlislikdən, faktoloji əsaslardan, dəqiq təhlildən və konkretləşmədən çox uzaq.
Əfsuslar olsun, amma nə edəsən ki, A.Nağıyevin stilistikasına uyğun cavablar idi.
Milli.Az