Neymar məşhur futbol klubunu ala bilər

10 Aprel 2024 19:45

"Əl-Hilal" və Braziliya millisinin hücumçusu Neymar Braziliyanın "Santos" klubunu almaq variantını nəzərdən keçirir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Neymar 130 milyon avro borcu olan keçmiş klubuna kömək etmək istəyir. Neymarın atası ilə birlikdə klubun səhmlərini almaq imkanını nəzərdən keçirdiyi vurğulanır.

Qeyd edək ki, 32 yaşlı futbolçu 2009-2013-cü illərdə Braziliya klubunun böyüklərdən ibarət komandasında çıxış edib. "Santos" həm də əfsanəvi Pelenin klubu kimi tanınır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun