Hindistanda avtobus qəzaya uğradı - 12 ölü

10 Aprel 2024 11:09

Hindistanın mərkəzindəki Çhattisqarh əyalətinin Kumhari rayonunda avtobusun qəzaya uğraması nəticəsində özəl firmanın ən azı 12 işçisi ölüb, 14 nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə yerli administrasiyanın nümayəndəsi məlumat verib.

Yaralananlar xəstəxanaya yerləşdiriliblər, onların vəziyyəti stabildir.

Qəzanın səbəbi müəyyənləşdirilir. Yerli administrasiya hadisə ilə bağlı araşdırmalara başlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun