Rusiya "İsgəndər"lə Odessanı vurdu

10 Aprel 2024 06:15

Rusiya silahlı qüvvələri Ukraynanın Odessa regionunun sahilyanı zonasına raket zərbələri endirib.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna SQ-nin məlumatında deyilir.

Bildirilib ki, Krım ərazisindən İsgəndər-M ballistik raketi buraxılıb.

Hücum zamanı dəyən zərər araşdırılır.

Milli.Az