Diyarbəkirdə ağır yol qəzasında 7 nəfər yaralanıb

10 Aprel 2024 08:00

Türkiyənin Diyarbəkir şəhərinin Sur rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində yeddi nəfər yaralanıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Telekanalın yaydığı şəklə əsasən, hadisədə "Peugeot" və "Dacia" avtomobilləri toqquşub.

Bildirilib ki, yaralılar təcili tibbi yardım briqadalarının ilkin müdaxiləsinin ardından şəhərdəki xəstəxanalara aparılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun