Cibuti sahillərində gəmi batdı: 38 ölü, itkin düşənlər var

10 Aprel 2024 08:07

Cibuti sahillərində gəmi batıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının məlumatında bildirilib.

Məlumata görə, gəminin batması nəticəsində ən azı 38 miqrant ölüb, 22 nəfər xilas edilib, daha 6 nəfər itkin düşüb.

Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun