"Bavariya" onu 70 milyona satmağa hazırdır

9 Aprel 2024 18:27

Almaniyanın "Bavariya" klubu futbolçusu Kinqsli Komanla yollarını ayıra bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, Münhen təmsilçisi cinah oyunçusunu 70 milyon avroya satmağa hazırdır.

27 yaşlı fransalı vinger də karyerasında yeni çağırış axtarışındadır.

Qeyd edək ki, Kinqsli Koman cari mövsüm 24 matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı sözləşməsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun