Qadın futbolçu əri tərəfindən öldürüldü - FOTOlar

9 Aprel 2024 17:31

Argentinanın Mendoza şəhərində yaşayan futbolçu Florensiya Quinazun keçmiş əri tərəfindən qətlə yetirilib. 

Milli.Az unikal-a istinadən xəbər verir ki, İqnasio Aqustin Notto adlıkişi əvvəlcə  30 yaşlı qadını döyüb, daha sonra onu boğaraq öldürüb. Kişi cinayətdən sonra intihar edib. 

Hadisə zamanı cütlüyün 5 və 7 yaşlı  uşaqları digər otaq olub. 

Bildirilir ki, Quinazunu "Atletiko Argentino" futbol komandasının üzvüdür. Futbolçu karyerası ilə yanaşı sosial mediada da çox aktiv olan Quinazunun on minlərlə izləyicisi var.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun