Köçəryan: Delimitasiya ilə bağlı səhv etmişəm...

9 Aprel 2024 15:00

Müdafiə və təhlükəsizlik məsələləri üzrə parlament komissiyasının rəhbəri Andranik Köçəryan sərhədin delimitasiyasına Tavuş rayonundan başlanması ideyasının Ermənistan Baş Qərargahına aid olduğunu deməklə səhv etdiyini bildirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə o, Ermənistan mediasına açıqlamasında deyib.

O qeyd edib ki, əslində Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası işinin təşkili kontekstində Baş Qərargahın rəyinin prioritet olmasını nəzərdə tutub:

"Baş Qərargahın rəyi nəzərə alınmadan delimitasiya komissiyasının işinin səmərəli təşkili mümkün olmayacaq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun