Nuseyrat düşərgəsi vuruldu - 14 ölü var

10 Aprel 2024 08:52

İsrail qüvvələrinin Qəzza zolağının mərkəzi hissəsində yerləşən Nuseyrat qaçqın düşərgəsinə zərbə endirməsi nəticəsində azı 14 nəfər həlak olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Bildirilib ki, yaşayış binası atəş altında qalıb. Ölənlərin əksəriyyətinin qadın və uşaqlar olduğu bildirilir.

Milli.Az