Ermənistanda doğulanların sayı azalıb

9 Aprel 2024 10:57

Ermənistanda 2024-cü ilin ilk iki ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 390 az uşaq doğulub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika Xidməti məlumat yayıb.

Qeyd olunub ki, 2024-cü ilin yanvar-fevral aylarında doğulan uşaqların sayı 5 477, 2023-cü ildə 5 867 olub.

Eyni zamanda, yanvar-fevral aylarında ölənlərin sayı 371 nəfər artaraq 4914-ə çatıb.

Bildirilib ki, Ermənistanda insanlar daha çox qan dövranı sistemi, onkologiya və tənəffüs sistemi xəstəliklərindən ölürlər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun