“TikTok” “Instagram”a rəqib platforma yaradır

12 Aprel 2024 09:43

"TikTok" "Instagram"ın rəqib hesab edilə biləcək və istifadəçilərə fotoşəkilləri paylaşmağa imkan verəcək yeni tətbiq hazırlayır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "İnnovasiyalara davam edərək istifadəçilərimizin foto və mətn yaratmaq, onu paylaşmaq üçün məkan yaratmağın yollarını araşdırırıq", - deyə "TikTok" nümayəndəsi bildirib.

Qeyd olunur ki, "TikTok" istifadəçiləri böyük ehtimalla "TikTok Notes" adlanacaq yeni proqramla bağlı artıq bildirişlər almağa başlayıblar. Lakin həmin proqram rəqəmsal mağazalarda hələ mövcud deyil.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun