Taksi sürücüsünü pul üstündə "vurdular"
22 May 2010 13:28
Şəhər Polis İdarəsindən Milli.Az xəbər pprtalına verilən məlumata görə, dünən 2 naməlum şəxs Gəncə sakini Şirxan Quliyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobilə sərnişin qisimində oturub, Yeni Gəncə qəsəbəsinə gedəcəklərini bildiriblər.
Mənzil başına çatan şəxslər pulun ödənilməsi məqamında sürücü ilə mübahisə ediblər və ona kəsici-deşici alətlə xəsarət yetiriblər. Sürücü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hazırda cinayəti törədən şəxslərin axtarışı davam etdirilir.
Anar Məmmədov
Milli.Az