İndoneziyada güclü zəlzələ olub

9 Aprel 2024 06:47

İndoneziyanın Papua əyalətinin sahillərində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, zəlzələnin episentri təxminən 53 min nəfər əhalisi olan Manokvari şəhərindən 100 km cənub-şərqdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun