Magistraturaya sənəd qəbulu başa çatdı

9 Aprel 2024 00:55

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatıb.

Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən xəbərə görə, imtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılıb.

8 aprel saat 23:59-a olan məlumata əsasən, 25328 bakalavr (Azərbaycan bölməsi - 23402; rus bölməsi - 1926) ərizəsini təsdiq edib.

Xatırladaq ki, ərizə qəbulu martın 28-də başlanıb və 8 aprel saat 23:59-dək davam edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun