İsrail dağıtdı, İran yeni konsulluq binası açdı

8 Aprel 2024 22:58

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahan Suriyanın paytaxtı Dəməşqdə əvvəlki binanın İsrail Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində dağıdılmasından sonra ölkənin yeni konsulluğunu açıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Qeyd edək ki, İsrail 1 apreldə İran səfirliyinin yanında yerləşən binaya zərbə endirib, nəticədə SEPAH-ın 2 generalı və 5 zabiti ölüb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun