Rusiyada körpü uçdu: Ölən və yaralananlar var - VİDEO

8 Aprel 2024 20:18

Rusiyanın Smolensk vilayətində üzərində iki avtomobilin olduğu Paninski körpüsü uçub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi bildirib.

Dağılan zaman körpüdən minik avtomobili və yük maşını keçib.

İlkin məlumata görə, insident nəticəsində altı nəfər yaralanıb. Bir qadın isə həlak olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun