Sərdar Cəlaloğlunun partiyasına ofis verildi

8 Aprel 2024 17:55

Aprelin 8-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Demokrat Partiyasına ofis sahəsi təqdim edilib.

Milli.Az bildirir ki,  bu barədə "Qafqazinfo"ya Xidmət tərəfindən məlumat verilib.

Bildirilib ki, partiya nümayəndələri fəaliyyət göstərəcəkləri ofislə tanış olublar.

Qeyd edək ki, sözügedən partiyaya Sərdar Cəlaloğlu rəhbərlik edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun