"Çakır yaxşı adam idi, Allah rəhmət etsin" - Oktay Kaynarca - VİDEO

8 Aprel 2024 20:00

Türkiyə kino tarixinin unudulmaz serialı "Kurtlar vadisi"ndəki Süleyman Çakır obrazının 20-ci ölüm ildönümüdür. 

"Kurtlar Vadisi Pusu"nun məşhur aktyoru öldü - FOTO
"Yaprak dökümü "nün məşhur aktrisası tanınmaz halda - FOTO

"Kurtlar Vadisi"nin aktyoru "tanınmaz halda" - FOTO
 

Milli.Az olay-a istinadən bildirir ki, hər il öldüyü bölümün ekrana gəldiyi gün anılan personaj bu il də unudulmayıb.

Sevənləri sosial şəbəkələrdə paylaşımlar edərək Çakırı yada salıb. Ona həyat verən aktyor Oktay Kaynarca da ənənəyə sadiq qalaraq əfsanəvi obrazı ilə bağlı paylaşım edib:

"Rəhmətliyin 20-ci ölüm ildönümündə Allahdan rəhmət, sevənlərinə başsağlığı diləyirəm. Allah rəhmət etsin, gözəl insan idi", - deyə, vurğulayıb. 

Qeyd edək ki, Çakır yeganə obrazdır ki, onun ekran işindəki ölümündən sonra məscidlərdə ruhuna dualar oxudulmuş, ehsan verilmişdi. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun