Ermənistanda elektrik stansiyasında yanğın olub

8 Aprel 2024 16:19

Ermənistanda Zəngəzur vilayətinin Qafan şəhərində elektrik stansiyasında yanğın baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında olub.

Məlumata görə, bu elektrostansiya Qafanı elektrik enerjisi ilə təchiz edir.

Yanğının səbəbi araşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun