"Real" 200 milyonluq təklifi rədd etdi

8 Aprel 2024 15:56

"Real" bu yay futbolçusu Vinisius Junioru satmayacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 

Artıq 24 yaşlı hücumçu üçün Madrid təmsilçisinə nəhəng klublardan təkliflər gəlir. Adı açıqlanmayan bir klub Juniora görə 200 milyondan çox pul təklif edib. Lakin bu, "Real"ı qane etməyib. Klub Vinisiusu komandada saxlamaq istəyir. 1 milyard avroluq təklif gəlməyəcəyi halda Junior satılmayacaq.

Qeyd edək ki, bu mövsüm Vinisius Junior 28 oyun keçirib, 18 qol vurub və 8 qolun ötürməsini verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun