İranda gənclərin keçirdiyi əyləncə məclisi gündəm oldu - VİDEO

8 Aprel 2024 19:50

İranın Tehran şəhərində hökumət qüvvələrinin gözündən uzaqda əyləncə məclisi keçirilib.

Milli.Az bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

Sosial şəbəkələrdə paylaşılan videoya əsasən, Tehrandakı kafelərdən birində gənclər hicabsız, azad şəkildə rəqs edərək şənlənirlər.

Yayılan videogörüntülər sosial şəbəkələrdə gündəm və istifadəçilərin müzakirələrinə səbəb olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun