İT sahəsində dövlət qulluğuna qəbul qaydası dəyişdi

8 Aprel 2024 14:00

Prezident İlham Əliyev "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, informasiya texnologiyaları sahəsində və ali baş rəis heyəti üçün nəzərdə tutulan vəzifələrə qəbul olunmaq üçün müraciət edən şəxslər müsabiqənin test imtahanı mərhələsindən azad edilirlər.

Milli.Az