Meral Akşener "İYİ Partiya" sədrliyinə namizəd olmayacaq

8 Aprel 2024 13:05

Türkiyənin müxalif "İYİ Partiya" başqanı Meral Akşener bu siyasi təşkilatın növbəti qurultayında yenidən sədrliyə namizəd olmayacağını açıqlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə o jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

"Partiyamızın təməl prinsiplərinin sarsılmasına baxmayaraq, bununla belə müxalifətin arxa planına keçməmək uğrunda müqavimət göstəririk. Mən yaranmış bu vəziyyətə görə məsuliyyəti üzərimə götürməyə hazıram", o deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun