İsrail Livana zərbə endirdi - "Hizbullah"ın komandiri öldü

8 Aprel 2024 11:02

İsrail Müdafiə Ordusu Hava Hücumundan Müdafiə Qüvvələrinin Livanın cənubunda yerləşən As-Sultaniyyə rayonuna endirdiyi zərbələr nəticəsində "Hizbullah"ın komandirlərindən biri də daxil olmaqla 3 döyüşçü ölüb.

Milli.Az "report"a istinadən bildirir ki, hava zərbəsi nəticəsində ölənlərdən biri "Hizbullah"ın "Raduan" xüsusi təyinatlı dəstəsinin komandiridir.

Məlumata görə, HƏMAS-İsrail müharibəsi başlayandan, oktyabrın 7-dən, ilk dəfədir bu rayona hava zərbələri endirilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun