7 ay komada qaldıqdan sonra şəhid olan Ülvi Bağırovun FOTOları

8 Aprel 2024 08:37

Azərbaycan Ordusunun zabiti dünyasını dəyişib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu 07 aprel 2024-cü il tarixində müalicə olunduğu tibb müəssisəsində şəhadətə çatıb. 

Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu bu gün Salyanda dəfn ediləcək.

Allah rəhmət etsin!

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun