Rusiya HHM-lər daha 15 PUA-nı məhv etdi

7 Aprel 2024 21:50

Rusiyanın havadan müdafiə sistemləri Belqorod və Bryansk vilayətləri üzərində Ukraynaya məxsus 15 PUA-nı məhv edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Qeyd edək ki, səhər saatlarında Belqorod kütləvi PUA hücumuna məruz qalıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun