Gürcüstanda turistləri daşıyan mikroavtobus qəza törətdi - xəsarət alanlar var

7 Aprel 2024 15:37

Gürcüstanın qərbində xarici turistlərin olduğu mikroavtobus qəzaya uğrayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Xoni bələdiyyəsinin Naxaxulevi kəndi yaxınlığında qeydə alınıb.

Belə ki, avtomobil yoldan çıxaraq kanala düşüb. 10-a yaxın insan xəsarət alıb və müxtəlif klinikalara yerləşdirilib.

İlkin məlumata görə, turistlər Litvadan olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun